Naxçıvan idmançısı Qubada keçirilən yarımmarafonun qalibi olub

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Quba Səbətlər – Təngəaltı Gilas Yarımarafonu təşkil olunub. Yarış iştirakçıları Quba rayonunun Səbətlər kəndindən başlayaraq Təngəaltı istiqamətində bir neçə kəndi keçdikdən sonra geriyə - kənd mərkəzində təyin olunmuş finiş nöqtəsinə qaydıblar. Nəticələr 21 km və 10 km məsafələr üzrə müəyyən olunub.
Yarışda iştirak edən Naxçıvan idmançısı Əmrah Nağıyev 10 km məsafədə 39.05 nəticə ilə birinci yerə sahib çıxıb. Bu qələbə ilə idmançı ötənilki yarımmarafonda olduğu kimi yenə qızıl medalçı olub.